Marneuli miqyasında əhali müayinə olunur. İki və ya üç həkimdən
ibarət olan 12 briqada kəndlərə gedir, əhalinin temperaturunu ölçür
və tövsiyələrə nəzarət etməyə çağırırlar.
“i-Link” internet provayder şirkəti koronavirus təhlükəsinə görə,
Tetritskaro (Ağbulaq), Bolnisi və Dmanisi rayonlarında yaşayan
abunəçilərinə və eləcə də internet xətti çəkdirmək istəyənlərə
müvəqqəti olaraq xidmət göstərə bilməyəcək.