Avropa Parlamentinin (AP) üzvləri Macarıstanın Baş naziri Viktor
Orbanın Ukrayna münaqişəsi ilə bağlı sülh missiyasından sonra
Macarıstanın səsvermə hüququndan məhrum edilməsini tələb ediblər.
Qərb ölkələri qoşunlarını Ukraynaya göndərmək imkanlarını müzakirə
edir və hadisələrin bu istiqamətdə cərəyan etməsi yeni dünya
müharibəsinin başlamasına səbəb ola bilər.