Bu gün, Tbilisidə Azadlıq meydanında “Gürcü Arzusu” partiyasının
keçirdiyi seçkiqabağı görüşdən irəli gələrək avtomobillərin
hərəkəti məhdudlaşdırılıb.
“Məncə, öz mövqeyini bildirən gənclər, vətəndaş
fəallarıdır”, - baş nazir İrakli Kobaxidze 20 oktyabr
mitinqinin iştirakçılarına lazer işıqları ilə maneçilik törədən
şəxslərlə bağlı suala cavab verərkən deyib.
20 oktyabr tarixində “Gürcü Arzusu” partiyasının nümayəndələri,
Marneuli şəhərinin meri Kənan Ömərov, Parlamentin üzvü Zaur
Darğallı və Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze
Sadaxlı kəndində əhali ilə görüş keçiriblər.