Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin rəhbəri Mirtağı Əsədovu Azərbaycanda indiyə qədər müəyyən olmayan səbəbdən saxlayıblar
02:33 / 10.11.2018
“Ümum Gürcüstan Müsəlmanları Ali Dini
İdarəsinin” sədri Şeyx Mirtağı Əsədov Azərbaycan Respublikasının
sərhəd buraxılış məntəqəsində 7 noyabrda saxlanılıb.
Üç gündür vəkilsiz və ittiham
olunmadan qalmaqdadır.
Şeyx Mirtağı Əsədov 7 noyabrda Azərbaycana səfər edirmiş. Səfər
zamanı Azərbaycanın sərhəd buraxılış məntəqəsində saxlayıblar.
Gürcüstan-Azərbaycan sərhəddindən onu paytaxta, Bakıya
aparıblar.
Yaxınları və ailə üzvləri Mirtağının saxlanılması səbəbini
bilmirlər. Onun yanına vəkili də buraxmırlar. Azərbaycanın hüquq
mühafizəçilərinin ailə üzvlərinə bildirdiyinə görə, Əsədov hazırda
dindirilməlidir.
"Marneuli" Radiosunun məlumatına görə, 9 noyabrda onun yanına
Gürcüstan səfirliyinin attaşesi daxil olubmuş.
10 noyabrda QHT sektoru baş vermiş faktla bağlı birifinq
keçirləcək.
Məlum olduğuna görə, Əsədov bir ildən artıqdır ki, Azərbaycan
vətəndaşlığından imtina edib. Onun ailəsi Azərbaycanda yaşayır və
ildə bir neçə dəfə sərhəddi keçməli olur.
Onun saxlanılması səbəbi nə olub Əsədovun yaxınları konkretləşdirə
bilmirlər. Ola bilsin onun saxlanılması Gürcüstanda şeyx,
müəslmanların hüquququnun və dinin konfesiyaların bərabər
hüquqluluğu üçün mübarizə aparmasına bağlansın.
Gürcüstanda şeyx Mirtağı Əsədov “Ümum Gürcüstanın MüsəlmanlarAli
Dini İdarəsinin” sədridir.
O, Gürücstanda olan məscidlərin, konkret olaraq isə Marneulidə
yerləşən İmam Əli məscidinin dövlət mülkünə verilməsinə etirazını
bildirib.
Eləcə də Mirtağı Əsədov Sovet Şurası dövründə dini birliklərə dəyən
zərərin qarşılanması qaydasının yalnız müftilər idarəçiliyinə aid
olmasına da etiraz edib.
“Ümum Gürcüstan Müsəlmanlar Ali Dini İdarəsinin” sədri mübahisəli
və açıq problem olaraq dini idarəçilikdə şiə və sünni
təşkilatlarının bərabərhüquqlu olmasını bildirir. Onun fikrince bu
doktrinalı problemdir.
Mövzu ilə bağlı digər xəbərlər:
Bir gücün əlində cəmlənən
haqqlar digərlərinə də verilməlidir - Mirtağı Əsədov