"Mən bərabərliyi seçirəm" - kampaniya çərçivəsində prokurorlar Marneulidə məlumatlandırma kampaniyası keçiriblər

Avropa Şurasının məlumatlandırma “mən bərabərliyi seçirəm” kampaniyası çərçivəsində Marneulidə, 5 saylı ictimai məktəbdə, Gürcüstan Prokurorluğunun nümayəndələri görüş keçirib.

Prokurorlar iştirakçıları tolerantlığın əhəmiyyəti ilə tanış ediblər və ayrı-seçkilik məsələsi ilə bağlı olan hüquqi mexanizmlərdən söhbət açıblar. “Marneuli” radiosu ilə söhbət zamanı Marneuli rayon prokuroru Murad Mnatobişvili deyir ki, bərabərlik həftəsi 15 noyabrda başlayıb və 22 noyabra qədər davam edəcək.

“Kampaniyanın məqsədi ictimaiyyətin məlumatlandırılması və ayrı-seçkiliyə qarşı mübarizə üçün mövcud olan hüquqi mexanizmlər haqqında məlumat verməkdir. Gürcüstan prokurorluğu qeyd olunan kampaniyaya dəstək olur və kampaniyaya qoşulub. Gürcüstan prokurorluğuna nifrətdən yaranmış cinayətlərlə mübarizə aparmaq prioritetlidir”, – Murad Mnatobişvili deyir.

Bərabərlik həftəsi çərçivəsində Gürcüstan miqyasında məlumatlandırma tədbirləri planlaşdırılıb. Tədbirdlərdə gənclər, müxtəlif ixtisas və qrup nümayəndələrinin bərabərliyin əhəmiyyəti və ayrı-seçkiliyə qarşı mübarizə ilə bağlı hüquqi mexanizmlər haqqında məlumat almaq imkanları olacaq.

16 noyabrda dünya beynəlxalq tolerantlıq gününü qeyd edir. Bu gün 1995-ci ildən UNESCO-nun təşəbbüsü ilə qeyd olunur və onun məqsədi qeyri-tolerantlıq və ayrı-seçkilik təhlükələri haqqında ictimaiyyətin məlumatlandırılmasıdır.

"Marneuli" Radiosu

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər
“Bizə məktəbdən bildirdilər ki, 29 aprel tarixində
Tbilisidə keçirilən aksiyaya gediləcək”, - Bu barədə
kimliyinin gizli qalmasını istəyən Marneulinin kəndlərindən birində
işləyən müəllim bildirdi.
16:53 / 26.04.2024