Meriya metro stansiyalarını yeniləməyi planlaşdırır
Tbilisi meriyası metro stansiyalarının dizaynını yeniləməyi planlaşdırır. Bu haqda paytaxtın hökumət iclasında Kaxa Kaladze bildirib.

Merin sözlərinə görə, bu istiqamətdə bütün lazımi araşdırmalar aparılıb və indi dizayn istiqamətində çalışan şirkətləri işə qoşulmağa çağırıb:

“Dizayna qədər müəyyən araşdırmalar lazım idi və bu araşdırmalar artıq aparılıb. Məsələn, bu qədər vaxt ərzində “Varketili” metro stansiyasını yeniləyə bilməmişik. Bu bizim üçün utancdır, ancaq burada müəyyən problemlər var idi. Çünki Gürcüstanda tam araşdırma aparacaq şirkət tapılmırdı və daha sonra iki il əvvəl orada baş vermiş problemin necə həll olunması ilə bağlı sənəd hazırlandı.

Bu gün artıq bütün sənədlərimiz var. Sonrakı mərhələ vizual görünüş və dizayndır. İstəyirəm müvafiq strukturlardan, müvafiq şirkətlərdən xahiş edim, mövcud sənədləri təqdim etsinlər ki, bizim metro stansiyaları da yaxşılardan biri olsun. Sonra isə layihənin həyata keçirilməsi istiqamətində sürətlə çalışmağa başlayacağıq”, – paytaxt meri bildirib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər