Marneuli yerli özünüidarəsi iki kənddə yollara asfalt qatının
çəkilməsi ilə bağlı tender elan edib.
Marneuli meriyası Baydar və Mollaoğlu kəndinlərində daxili yollara
asfalt qatının çəkilməsini planlaşdırır.
"Layihə obyekti Kvemo Kartlidə, Marneuli bələdiyyəsində yerləşir.
Layihədə Baydar kəndində daxili yollara asfalt qatının çəkilməsi
nəzərdə tutulur. Ümumilikdə, layihədə dörd yol var. Yolların hər
iki tərəfi əkin sahələridir. Obyektdə beton, dəmir borular qeydə
alınır. Həmin boruların sökülməsi və onların əvəzinə beton arxın
quraşdırılması nəzərdə tutulub. Həyətdə girişlərin yanında sement
borular var və onlar da beton arxlarla dəyişdiriləcək. Layihədəki
obyekt Kvemo Kartlidə, Marneuli bələdiyyəsində yerləşir. Layihədə
Mollaoğlu kəndində yola asfalt qatının çəkilməsi planlaşdırılır.
Həmin yol kəndin daxili yoludur. Obyektdə sıradan çıxmış asfalt
yol, oyuqlar var və yağış yağan zaman su ilə dolur. Uzununa və
eninə profillər pozulub. Yağışlı havalarda yolda hərəkət etmək
piyadalara, eləcə də nəqliyyat vasitəsi sürücülərinə narahatlıq
yaradır", – Baydar və Mollaoğlu yollarına asfalt
qatının çəkilməsi ilə bağlı tenderdə qeyd olunub.
Marneuli meriyası iki kəndin yollarına asfalt qatının çəkilməsi
üçün 661821 lari xərcləməyi planlaşdırır. Özünüidarə tenderi 6
yanvar tarixində elan edib. Tenderdə iştirak etmək istəyən
şirkətlər 22 yanvardan 27 yanvara qədər təkliflərini təqdim edə
bilərlər.
Tenderdə qalib gələn şirkət müqavilə bağlandıqdan sonra 60 gün
ərzində işləri yerinə yetirməli olacaq.