Mərkəzi Seçki Komissiyası Marneulidəki 90
məntəqənin hamısının nəticələrini hesablayıb.
Marneuli miqyasında Salome Zurabişviliyə ən çox etimadı Şaumyan
qəsəbəsində göstəriblər. Burada səsvermədə iştirak edən 841
seçicidən 746 nəfəri Zurabişviliyə səs verib.
Qriqol Vaşadzeyə isə ən çox Sabirkənd seçiciləri səs verib. Burada
səsvermədə iştirak edən 786 seçicidən 540 nəfəri Qriqol Vaşadzeyə
səs verib.
Xatırladırıq ki, Marneulidə Birləşmiş Müxalifət “Güc Birlikdədir”
hərəkatının namizədi Qriqol Vaşadze 41.92% səs toplayıb ki, bu da
21 267 seçiciyə bərabərdir. “Gürcü Arzusu”nun dəstəklədiyi müstəqil
namizəd Salome Zurabişviliyə isə 29 463 seçici etimad göstərib ki,
bu da 58.08% deməkdir.
"Marneuli" radiosu