Bələdiyyə məclisində iki məsələ müzakirə olunub (LİVE)
Bu gün, 24 dekabrda Marneuli bələdiyyə
məclisinin növbədən kənar iclası baş
tutub.
İclasa müzakirə üçün 2 məsələ çıxarılıb. Onlar Marneuli
bələdiyyəsinin 2018-ci il büdcəsinə dəyişiklik daxil edilməsi və
İnfrastruktur Nazirliyi tərəfindən maliyyələşən layihələrə aid
idi.
Marneuli meriyasının maliyyə-büdcə xidmətinin rəhbəri Vüqar
Məmmədov bələdiyyə məclisinin iclasında deyib ki, büdcə olduğu kimi
qalır, dəyişikliklər yalnız daxili maddələrə aiddir.
İnfrastrukturun İnkişafı, Analizi və Monitorinqi şöbəsinin
direktoru Davit Mumladze iclasda İnfrastruktur Nazirliyi tərəfindən
maliyyələşən və bələdiyyə məclisinin bəyənməli olduğu layihələr
haqqında danışıb.
Mumladzenin sözlərinə görə, qeyd olunan layihələr əsasən yolların
bərpasına aiddir. İnfrastrukturun İnkişafı Nazirliyi Marneuli
bələdiyyə məclisinə bəyənmək üçün cəmi 10 layihə verib.
2018-ci ildə sayca 22-ci bələdiyyə məclisində hər iki məsələni
deputatlar müsbət qərarla qəbul etdilər.