“Gürcü Arzusu”nun Marneulili deputatları Tamaz
Naveriani, Ruslan Hacıyev və Mahir Dərziyevin sözlərinə görə hələ
ki, partiyada merliyə namizədlər müzakirə
olunmur.
Baxmayaraq ki, "Marneuli" radiosuna etibarlı mənbədən verilən
məlumata görə siyasi məkanlarda merliyə güman edilən namizədi
olaraq Marneuli bələdiyyə məclisinin sədr müavini Mamuka Naveriani
və parlamentari Ruslan Hacıyev müzakirə olunur. Deputatlar və
partiya liderlər bu mövzuda açıq söhbətdən çəkinirlər və deyirlər
ki, hələ ki, namizədlərin müzakirəsi aparılmır.
Abazovun vəzifəsini 15 fevrala qədər tərk etdiyinə görə mer
seçkiləri 2019-cu ilin may ayında keçiriləcək. Ola bilsin onun
qərarı bu tarixlə də əlaqədardır. Çünki Gürcüstan seçki məcəlləsinə
əsasən əgər mer səkahiyyətlərini 15 iyuldan 15 fevrala qədər
dayandırıbsa növbədən kənar seçkilər yaxın may ayında
keçirilməlidir. Əgər Abazov ərizəni 15 fevraldan sonr yazsaydı
seçkilər oktyabrda baş tutacaqdı.
Abazov vəzifəsini tərk etməsi ilə bağlı ərizəni 12 fevralda
Marneuli bələdiyyə məclisinə daxil edib və bələdiyyə məclisi onu
arayış olaraq qəbul etməlidir.
İlk əvvəl bələdiyyə məclisi 13 iyunda prokurorluq tərəfindən Elçin
Allahevrdiyevə qarşı təhqiredici və qeyri-insani rəftarda ittiham
olunan zaman onun hüquq-öhdəliklərini dayandırıb.
Abazov yeddi ay ərzində həbsdə olub. Dekabrda məhkəmə onu girov
qarşılığında azad edib. Məhkəmə prosesi hələ də davam edir.