Zarafatla qeydə alınmış video Parlament üzvünün etibardan salınmasına səbəb ola bilər
Gürcüstan Parlamentinin majoritar deputatı Ruslan Hacıyev onu
etibardan salacaq video materiala görə iki nəfəri polisə şikayət
edib.
Şikayət olunanlar Marneuli sakini Pərvin Abdullayev və Turkiyədə
yaşayan Anar Orucovdur.
Anar Orucov Türkiyədə təxminən üç həftə əvvəl yumor xarakterli
video çəkib. Video materialda o, Gürcüstanda olduğu müddətdə
deputat Ruslan Hacıyevin ona təzyiq göstərməsindən danışıb və buna
görə də ölkəni tərk edərək Türkiyəyə gedib orada yaşadığını
bildirib.
Orucov daha sonra çəkdiyi videonu Marneuli sakini Pərvin
Abdullayevə göndərib. Abdullayev ona göndərilən videonu sosial
şəbəkə vasitəsi ilə digər şəxslərə göndərib.
Bir neçə gündür ki, Marneulidə səs küyə səbəb olan videoya Anar
Orucov açıqlama gətirərək göndərdiyi videonun necə və hansı
məqsədlə kimlər tərəfindən paylaşıldığı ilə bağlı məlumatının
olmadığını dedi.
"Bir neçə gün bundan əvvəl mənim telefonuma whatsapp
vasitəsi ilə video yazı göndərildi. Video yazıda mənə qarşı bir
şantaj, böhtan bir yazıydı. Mən əlbbəttə ki, polisə ərizə ilə
müraciət etdim. Həmin videoya görə təqdim etdim. Qanun çərçivəsində
tədbir görülsün. Xahiş eylədim. Mənə göndərən adam Fizuli
Qədimovdur. O, da polisdə izahatını veribdir" -
Ruslan Hacıyev dedi.
Gürcüstan Parlamentinin deputatı Ruslan Hacıyev isə bildirdi ki,
məsələni qanun çərçivəsində həll olunması üçün polisə şikayət
ərizəsi ilə müraciət edib.
"Bu video hər hansı şəkildə başqalarına göndərilib və
bu günə qədər bir çox insanda, Marneulidə artıq o video var. Mən
istəməzdim ki, belə bir zarafat belə nəticə versin. Millət vəkili
Ruslan Hacıyevə aid heç də belə deyil. Pərvinlə mənim ortaq bir
tanışım var. Sadəcə burda bir bənzərlik var. Burada biz millət
vəkili Ruslan Hacıyevi qəsd etmirik. İki ay sonra Gürcüstana
qayıdacam, hüquqi yollarla həll etməyə çalışacam. Amma gəlmədən
öncə sadəcə istəyərdim ki, həm insanlarmız, həm də Ruslan müəllim
bilsin ki, bu bir zarafatdır. Və heç Ruslan Hacıyevlə əlaqəsi
yoxdur. Süni gündəm yaradılmasın. Yaxşı olardı ki, bu videonu
təxribat şəklində yayan insanlar tapılsın və cinayyətə cəlb
olunsun" - Anar Orucov dedi.
Pərvin Abdullayev 10 mart tarixində polis tərəfindən
dindirilib.
Məsələ ilə bağlı Pərvin Abdullayevlə əlaqə saxlamağa cəhd etsək də,
telefonu bağlı olduğuna görə onun məsələ ilə bağlı şərhini öyrənə
bilmədik.
Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna verilən məlumata
görə, Cinayət Məcəlləsinin 157-1-ci prima maddəsinin 3-cü
hissəsinin “a” bəndi ilə istintaq davam edir. Həmin maddə şəxsi
həyatla bağlı sirrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması,
istifadə edilməsi, yayılması və əlçatanlığının başqa yolla təmin
edilməsini nəzərdə tutur və 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə
ilə cəzalandırılır.