Temur Abazov meriyanın 32 000 lari
kompensasiya ödənilməsi tələbinin rədd edilməsi qərarı ilə bağlı
məhkəməyə müraciət edəcək.
“Marneuli” radiosuna bu barədə məlumatı
Abazovun vəkili Qaqi Mosiaşvili verib.
Mosiaşvilinin “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki,
onlar hələ meriyadan kompensasiyanın ödənilməsindən imtina ilə
bağlı cavab almayıblar.
“Bizim tələbimiz qanuna müvafiqdir, biz bizə aid olanı
tələb edirik. Əgər yerli hakimiyyət, konkret halda, meriya
qeyri-qanuni qərar qəbul etsə, bu qeyri-qanuni qərarla bağlı
müvafiq orqanlara şikayət edəcəyik”, – Qaqi
Mosiaşvili deyib.
Abazov həbsdə olduğu 7 ay ərzində səlahiyyətləri dayandırıldığına
görə ala bilmədiyi maaşını tələb edirdi. Bələdiyyə Məclisi bu
tələbi arayış qismində 13 mart tarixində keçirilmiş iclasda qəbul
etmişdi.
Məsələnin müzakirəsi meriyaya həvalə olunmuşdu və bununla bağlı
mənfi qərar qəbul olundu. Meriyadan bildirirlər ki, bu mərhələdə
qərar yalnız Bələdiyyə Məclisinə göndərilib və ictimai deyil, məhz
buna görə də Abazova nəyin əsasında rədd cavabı verildiyi məlum
deyil.
Temur Abazov 7 ay müddətində ilkin həbsdə olub. O, Marneuli sakini
Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı rəftarda
ittiham olunur. Məhkəmə Temur Abazovu 13 dekabr tarixində girov
qarşılığında azadlığa buraxmışdı. 12 fevral tarixində isə Marneuli
Bələdiyyə Məclisi Abazovun ərizəsi əsasında onun mer
səlahiyyətlərini dayandırmışdı.