Marneuliyə Yağılcadan gələn su yenidən Marneuli küçələrinə dolub.
Hadisə 16 iyun tarixində axşam güclü yağış nəticəsində baş verib.
Kvemo Kartlinin Fövqəladə halların İdarəsi Agentliyinin direktor
müavini David Gelaşvili bizimlə söhbət zamanı qeyd etdi ki, onlara
16 iyunda axşam Marneulidən 10 zəng daxil olub və yardım
briqadasının köməyi ilə tez zamanda fəlakət zonasının
lokallaşdırılması baş verdi. Gelaşvilinin
dediyiə görə Marneulidə
ən çətin zona Kobuleti küçəsidir.
“Kobuleti küçəsi tanınmış küçədir, ərazi olaraq elə
yerdədir ki, Marneulidə yağış olan zaman bu küçədə çox su yığılır.
Əvvəlki ilə müqayisədə bu dəfə yaşayış evlərini su basmayıb. Yalnız
həyətləri və zirzəmiləri basıb. Xəsarət alan yoxdur. Zərəri yerli
hakimiyyət yəqin ki hesablayacaq. lakin gördüyümüz qədər su əsasən
bağları basıb”- deyə David Gelaşvili bildirdi.
Xatırldaq ki, Marneulidə iyun ayında artıq 2 dəfə küçələr
su altında qalıb. İlk dəfə 2 iyun və ikinci dəf 16 iyun
tarixində. Demək olar ki, birinci dəfə baş verən sel əhali üçün
daha güclü olub. Onların evləri və zirzəmilərinin su altında qalıb,
bəzi hallarda əhalinin evindən çıxarılması halları da lazım
gəlib.
Birinci fəlakətdən artıq iki həftədən artıq müddət keçib və demək
olar ki, Marneuli meriyasından yalnız onu bilirik ki, qeyd olunan
məsələ ilə bağlı işlər gedir. Zərər hesablanıb ya yox, zərəri
qarşılamaq nə ilə olacaq və bunun üçün tədbirlər planlaşdırılırmı
bunun üçün meriyadan həmişə olduğu kimi rəsmi məktub yazmağımızı
tələb edirlər.
2 iyun tarixində baş vermiş fəlakət zamanı Marneuli meri Temur
Abazov dedi ki, zərəçəkənlər üçün məbləğ rezerv fondundan
ayrılacaq. Ancaq bu təşəbbüs qüvvədə qalacaq ya yox bu məlum
deyil.