Fövqəladə Vəziyyətlər Xidmətinə 100-dək zəng və 50-dək təxliyə olunmuş adam - 2 iyun tarixində Marneulidə baş vermiş təbii fəlakət
Fövqəladə Halların İdarəolunması Xidmətinə 2 iyun tarixində Marneulidən təxminən 100 zəng daxil olub. Yağlıca yüksəkliklərindən axan güclü sel Marneulinin Vaja Pşavela, Ağmaşenebeli, Yağlıca, Sulxan Saba, Leselidze və Kobuleti küçələrinin sakinlərinin evlərini və zirzəmilərini basıb.

Fövqəladə Halların İdarəolunması Xidmətinin nümayəndələri zərər dəyən bütün ərazilərdə olublar və yardım göstəriblər. Marneuli Fövqəladə Halların İdarəolunması Xidmətinin director müavini Davit Qelaşvili bizimlə söhbətində bildirdi ki, evakuasiya işlərində 10 yanğınsöndürən briqadası və 40-dək yanğınsöndürən çalışırdı.

“Marneulidə Kabuleti küçəsində güclü su basma var idi. Evakuasiya işlərində Fövqəladə Halların İdarəolunması Xidmətinin 10 yanğınsöndürən briqadası iştirak edirdi. Burada həm Tiflisin, həm də ətraf rayonların yanğınsöndürən briqadaları nəzərdə tutulur. Evakuasiya işlərində təxminən 40 yanğınsöndürən iştirak edirdik. Təxminən 100 zəng daxil olub. Marneulidə və ətraf kəndlərdə 60-a qədər yaşayış evini su basıb. Bu həm fərdi yaşayış evləri, həm də ümumi yaşayış binasıdır” – deyə Davit Qelaşvili bildirdi.



Qelaşvili bizimlə söhbətində bildirdi ki, təbii fəlakət nəticəsində insan tələfatı olmayıb, lakin ilk höncə təhlükə zonasından 50 nəfər çıxarılmalı olub. Onlar artıq evlərinə qayıdıb. O, deyir ki, hazırda axtarış işləri başa çatıb, evlərdən nasosla suyun çəkilməsi isə davam edir və tezliklə başa çatacaq.

Print Email
FaceBook Twitter Google