Bu gün 7 avqust tarixində keçirilən Bələdiyyə Məclisinin
iclasında Zaur Tabatadzenin merin səlahiyyətlərinin icrası müddəti
Temur Abazovla bağlı yekun qərar verilənədək uzadıldı.
Temur Abazov 13 iyun tarixində Marneuli sakininə qarşı alçaldıcı və
qeyri-insani rəftar ittihamı ilə saxlanılıb. Merin statusunun
dayandırılmasına görə 19 iyun tarixindən onun səlahiyyətlərinin
icrasını birinci müavini Zaur Tabatadze yerinə yetirir. Bələdiyyə
Məclisinin 18
iyun tarixində keçirilmiş iclasında Zaur Tabatadzenin
merin səlahiyyətlərini icra etməsi üçün 7 avqust tarixinədək vaxt
müəyyənləşdirilmişdi, belə ki, Temur Abazovun işi ilə bağlı yekun
məhkəmə iclası 6 avqust tarixində keçirilməli idi.
Prokurorluğun tələbindən sonra məhkəmə Abazovun məhəkəmə iclasını
təxirə salıb və 30 sentyabr tarixinə təyin edib. Məhz buna görə də,
Bələdiyyə Məclisinin bu gün keçirilən iclasında Zaur Tabatadzenin
merin səlahiyyətlərinin icrası müddətinin uzadılması ilə bağlı
qərar qəbul edilib.