Xəbərlər
“Azərbaycan dilli universitetin olması məktəblərdə kadr çatışmazlığını aradan qaldıracaq” – GAİM-in direktoru
Bir neçə gündür ki, Gürcüstan Azərbaycanlılarının İnteqrasia mərkəzinin direktoru Aygül İsayeva şəxsi “Facebook” səhfəsində payaşım edərək, Gürcüstanda Azərbaycan dilli universitetin açılması ilə bağlı imza topladığını qeyd etmişdi.

Bu gün isə o, Gürcüstanın Baş naziri Qiorqi Qaxaria və Azərbaycanın Prezidenti İlham Əliyevə təşəbbüsü ilə bağlı yazılı şəkildə müraciət edib. Aygül İsayeva “Marneuli” radiosu ilə söhbəti zamanı Gürcüstanda azərbaycandilli ali məktəbin açılması mövzusu ilə bağlı fikirlərini bölüşdü.

Onun sözlərinə görə, azərbaycandilli ali məktəbin olmasını istəməyinin əsas səbəblərindən biri get-gedə Gürcüstanda azərbaycandilli məktəblərin ləğv olunması, sayının azalmasıdır. O, deyir ki, məktəblərdə işləmək üçün müəllimlik peşəsinə maraq göstərən yoxdur.

“Azərbaycan dili və ədəbiyyatı fənləri, eləcə də digər fənlər üzrə təhsil alan yoxdur. Fizika, kimya, coğrafiya fənlərini də deyən kadrlar yoxdur. Bəzən deyirlər ki, gürcü dilində bitirən gənclər var, amma o da arzu olunan effekti vermir. Termin sözlər var ki, onun azərbaycan dilində də izahını vermək çətindir. Gürcü dilində oxuyub azərbaycan dilində izah edildikdə keyfiyyət olmur. Bu səbəblə də düşünürəm ki, azərbaycndilli universitet olmalıdır ki, fizika, kimya, coğrafiya sahələrinə kadrlar hazırlasın”, -
Aygül İsayeva dedi.

A.İsayeva onu da qeyd etdi ki, tələbələr Gürcüstanda Azərbycan dilində təhsil aldıqları təqdirdə eyni zamanda dövlət dilini də öyrənmiş olacaqlar.

Onun sözlərinə görə, ərizə yazmağa maraq göstərənlərin sayı çoxdur. Teatr sahəsinə də toxunan İsayeva bildirdi ki, hal-hazırda teatrların vəziyyəti olduqca pisdir. O, düşünür ki, Azərbaycan dilli universitet olduğunda həm məktəblər üçün güclü kadrlar yetişəcək, həm teatrda ki, problemlər aradan qalxacaq, həm də mətbuat sahəsində də irəliləyiş olacaq.

Aygül İsayeva sonda onu da əlavə etdi ki, direktoru olduğu Gürcüstan Azərbaycanlılarının İnteqrasiya mərkəzində Azərbaycan dili və ədəbiyyatı kursları fəaliyyət göstərir. O, deyir ki, dəfələrlə övladlarını rus və ya gürcü sektoruna yazdıran valideynlər olub və o, həmin valideynlərlə danışaraq onları azərbaycan dili və ədəbiyyatı kurslarına yazılmağa istiqamətləndirib.














FaceBook Twitter Google