Hansı məktəblərdə infrastruktur işləri planlaşdırılır
2020-ci ildə, Marneulidə 13 məktəbdə qismən
bərpa işlərinin aparılması planlaşdırılır.
Marneuli bələdiyyəsində ümumilikdə 74 məktəb fəaliyyət göstərir.
2020-ci ildə Marneuli miqyasında 13 məktəbdə infrastruktur işləri
həyata keçiriləcək.
Marneuli meriyası “Marneuli” radiosunun tələb etdiyi ictimai
məlumatda qeyd edir ki, infrastruktur işləri Marneuli Resurs
Mərkəzi ilə tövsiyələrə uyğun şəkildə planlaşdırılacaq.
Məktəblərin əksəriyyətində əsasən dam örtüyü və qapı-pəncərələrin
dəyişdirilməsi planlaşdırılıb.
Məktəblərin və həyata keçirilən infrastruktur işlərinin siyahısını
təqdim edirik:
- Marneuli şəhər 8 saylı ictimai məktəbi –
daxili qapıların və dəhlizin pəncərələrinin
dəyişdirilməsi.
- Sadaxlı kəndinin 1 saylı ictimai məktəbi – dam
örtüyü və qapı-pəncələrin
dəyişdirilməsi.
- Keşəli kənd ictimai məktəbi – dam örtüyü və
qapı-pəncələrin dəyişdirilməsi.
- Baydar kənd ictimai məktəbi – qapı-pəncələrin
dəyişdirilməsi və yeni elektrik xətlərinin
çəkilməsi.
- Ağkörpü kənd ictimai məktəbi – dam örtüyü və
qapı-pəncələrin dəyişdirilməsi.
- Təzəkənd 2 saylı ictimai məktəbi – dam örtüyü
və qapı-pəncələrin dəyişdirilməsi.
- Qırıxlı kənd ictimai məktəbi – dam örtüyü və
qapı-pəncələrin dəyişdirilməsi.
- Marneuli şəhər 6 saylı ictimai məktəbi –
daxili qapıların dəyişdirilməsi.
- Qullar kənd ictimai məktəbi – (Aşağı Qullarda
yerləşən bina) dam örtüyü və qapı-pəncələrin
dəyişdirilməsi.
- Şaumyani kənd 1 saylı
ictimai məktəbi – I korpusun dam örtüyünün dəyişdirilməsi, ikinci
korpusda – daxili qapıların dəyişdirilməsi.
- Xocorni kənd ictimai məktəbi – dam örtüyü və
qapı-pəncərələrin dəyişdirilməsi.
- Kirəç-Muğanlı ictimai məktəbi – istilik
sisteminin quraşdırılması.
- Ulaşlı kənd ictimai məktəbi – ayaqyolunun
tikilməsi.
Marneuli meriyasından aldığımız
ictimai məlumatda o da qeyd olunub ki, 2020-ci ildə Kirovka kənd
məktəbində ayaqyolunun 2019-cu ildən başlanmış tikintisi, Saimerlo
kənd məktəbinin həyətində yenidənqurma işləri, Marneuli 6 saylı
ictimai məktəbində həyətin boyanması və Marneuli 3 saylı məktəbində
kiçik futbol və basketbol meydançasının tikilməsi işlərinin başa
çatdırılması planlaşdırılır.