“Müştərinin girişdə yoxlanılması kifayət edir. Məsafə, 5 kv.m-lik otağa yalnız bir müştəri, şüşə gözlükdən istifadə – məncə bunlara ehtiyac yoxdur”– Marneulili salon rəhbəri
Bu gün Marneulidə çox sayda gözəllik salonları fəaliyyət göstərir.

Salonların fəaliyyətinə qoyulan qadağadan sonra salon sahibləri hansı çətinliklərlə qarşılaşıblar deyə Marneulidə yerləşən salonlardan birinin rəhbəri ilə əlaqə saxladıq.

“Sabina salon”-unun rəhbəri Səbinə Bayramova “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, artıq 12 ildir salon işlədir. Bayramova deyir ki, koronavirus onların da işlərinə kifayət qədər mane olub və salonun işçilərinin işsiz qalmasına, müştərilərin narazılığına səbəb olub.

Səbinə Bayramova Gözəllik Salonları Federasiyasının prezidenti Tamar Şaraşenidzenin ustaların 5 kv.m-lik sahədə yalnız bir müştəri qəbul etmələri və eləcə də 2 m məsafə saxlayaraq şüşə gözlükdən istifadə edilməsi fikri ilə razılaşmır.



“Müştərinin girişdə yoxlanılması kifayət edir. Məsafə, 5kv.m-lik otağa yalnız bir müştəri, şüşə gözlükdən istifadə – məncə bunlara ehtiyac yoxdur”.



O, deyir ki, işlərini gördükləri zaman şüşə gözlükdən istifadə etmək elə də asan olmayacaq və iş prosessində işçi və müştəri arasında maneə yaradacaq.

Bayramova salonlara daxil olmaq üçün öncədən yazılma qaydasının tətbiq edilməsini müsbət dəyərləndirir. O, daha əvvəl də müştərilərini əvvəlcədən növbəyə yazılma yolu ilə qəbul etdiyini və əsasən bu iş prinsipi ilə çalışdıqlarını bildirdi.



18 may tarixində salonların açılacağı xəbərini eşitdikdən sonra salona gəlmək üçün onlara müraciət edən müştərilərin olub-olmaması ilə maraqlandıq. Səbinə Bayramova bu müddət ərzində eləcə də salonların açılacağı xəbərindən sonra çox sayda müraciət edənlərin və növbəyə yazılanların olduğunu dedi.



Gürcüstanın baş naziri Qiorqi Qaxarianın bəyanatına görə, 18 may tarixindən etibarən ölkədə bütün gözəllik salonlarının fəaliyyəti müəyyən qaydalar əsasında bərpa olacaq.

Ötən gün Səhiyyə Nazirliyinin Əmək Şəraitinin Yoxlanılması Departamentinin rəhbəri Beka Peradze bu haqda məlumat verib və bildirib ki, “İnsanların kütləvi toplaşmasının baş verməməsi üçün əvvəlcədən yazılmaq lazımdır. Girişdə dezo-baryer olmalıdır. 20 nəfərdən artıq işçisi olan salonlarda termoskrininq keçirilməlidir. Qeydiyyat bölməsində, kassanın qarşısında müvəqqəti şəffaf baryer düzəldilməlidir. İki metrlik məsafəyə riayət olunması mümkün olmadığı halda müvəqqəti şəffaf baryer quraşdırılmalıdır ki, bütün bunlar virusun yayılması riskini minimum endirəcək”,

Print Email
FaceBook Twitter Google