Nərimanovun heykəli bu regionda yeni münaqişəyə səbəb olmamalıdır – Sovlab

“Sovet keçmişinin araşdırılması laboratoriyası” (Sovlab) Marneuli və Hucabi yepiskopu Qiorqi (Camdeliani) tərəfindən 24 may tarixində həftəlik ayin zamanı verilən bəyanata münasibət bildirib və hesab edir ki, onun bəyanatı Nəriman Nərimanovun siyasi xidmətinin tənqid edilməsinə istiqamətlənməyib.



Marneuli və Hucabinin yepiskopu həftəlik ayin zamanı Nəriman Nərimanovun Marneuli meriyasının ərazisində yerləşən heykəlinin sökülməsini tələb edib və Marneuli merini abidənin qanunsuz bərpasında ittiham edib.

“Sovlab”ın bəyanatını sizə təqdim edirik:

“Gürcüstanda müstəqillik elan edildikdən sonra kommunizm izlərinin silinməsi prosesi baş verməyib. Keçmişi düşünmək siyasətin bir hissəsi olmayıb. Dövlət bu nəticəni əldə etmək üçün addımlar atmayıb:

- Lüstrasiya prosesi həyata keçirilməyib;

- Arxivlər yenə də əlçatan deyil. Araşdırmaçılar üçün sənədlərin əlçatanlığı problemi var. Dövlət Təhlükəsizlik Komitəsi ilə əməkdaşlıq edən şəxslərin siyahısı yayımlanmayıb.

- Sovet İttifaqının işğal rejimi qiymətləndirilməyib.

“Sovet keçmişinin araşdırılması laboratoriyası” Gürcüstanın pravoslav kilsəsinin bəyanatına münasibət bildirməyi vacib hesab edir və bildirir ki:

- Marneulidən başqa Gürcüstanın digər şəhərlərində də Sovet İttifaqının “ictimai xadimlərinin” abidələri çoxdur. Onların büst və abidələri durur. Küçələr onların adını daşıyır.

- Filipp Maxaradze, Serqo Orconikidze, Vladimir Leninin abidələrinin götürülməsi 90-cı illərdə Gürcüstan ictimaiyyətinin böyük iştirakı ilə oldu. Həmin akt ictimaiyyətdə mübahisəyə əsas olmayıb.

- Nəriman Nərimanov tarixi fiqur olaraq sovet işğalının (Azərbaycan və Gürcüstanın) kollektiv cavabdehliyini və totalitar rejimin əsasının qoyulması səbəbindən baş verən cinayətlərin mənəvi yükünü daşımalıdır;

- Bunun fonunda əlbəttə ki, bolşevik rejiminin gücü və müasir Gürcüstan dövləti tərəfindən yetərli diqqət göstərilmədyinə görə bu günə qədər Gürcüstanda yaşayan, ölkənin müstəqilliyi üçün mübarizə aparan, Gürcüstanın əsasını qoyan sənədlərə imza atan və dünyada ilklərdən biri olaraq yerli özünüidarədə müsəlman qadın seçən etnik azərbaycanlıların bir qismi araşdırılmayıb;


- Bu adamlar kollektiv yaddaşdan yoxa çıxdılar. Onların abidəsi yoxdur, onların adları küçələrə, meydanlara, parklara və.s verilməyib.

- Gürcüstan vətəndaşı olan etnik azərbaycanlıların Gürcüstanın müstəqilliyi uğrunda mübarizədəki töhfəsi mühümdür və bu ümumi tarixdə də ciddi şəkildə təqdim edilməlidir;

Qeyd olunanlardan irəli gələrək hesab edirik ki, Marneuli və Hucabinin Yepiskopunun bəyanatı tarixi proseslərin geniş qiymətləndirilməsinə və Nəriman Nərimanovun siyasi xidmətinin tənqidi və sivil düşünülməsinə yönəlməyib.

- Nərimanovun heykəli bu regionda yeni mübahisənin yaranmasına səbəb olmamalıdır. Hesab edirik ki, yüksək ruhani iyerarxiyalar çalışmalıdırlar ki, Gürcüstanda sakitlik olsun.

- Abidələrin sökülməsi və qoyulması ictimaiyyətdə konsensus əsasında olmalıdır. Abidələrin güclə, əhalinin razılığı olmadam sökülməsi əks təsir verə bilər.”


 

Print Email
FaceBook Twitter Google