28 may tarixində Marneuli və Hucabi eparxiyasının Yepiskoplar
Rezidensiyasında Gürcüstanın Müsəlmanlar İdarəsinin müftisi Hafiz
Poluxov, Hucabi yepiskopu Qiorqi ( Camdeliani) ilə görüşüb.
Məlumatı “Marneulinin Hucabisi” səhifəsi yayımlayıb.
“Görüş olduqca nəticəli və dostluq mühitində keçdi.
Gürcülərin və Azərbaycanlıların əsrlər boyu davam edən dostluğundan
və Marneuli bələdiyyəsində son dövrdə baş verən hadisələrlə bağlı
söhbət aparıldı. Həmçinin, Marneuli şəhərinin mərkəzi küçəsində
yerləşən Sovet Şurasının hakimiyyət nümayəndəsi Nəriman Nərimanovun
abidəsi məsələsi də danışılıb. Baş tutan müzakirədən sonra görüş
iştirakçılar tərəfindən yekdilliklə bir doğru fakt təsdiqlənib ki,
bu şəxsiyyət sovet rejiminin tanınmış nümayəndəsi dinə və millətə
qarşı neqativ işlər həyata keçirib.”
“Marneulinin Hucabisi” tərəfindən yayımlanmış paylaşımda qeyd
edilib. Paylaşımda yerli ictimaiyyətlə bu kimi görüşlərin
keçirilməsi gələcəkdə də davam edəcək.
“Marneuli” radiosu hələ də görüş iştirakçıları ilə əlaqə saxlamağa
çalışır ki, görüşün kimin təşkilatçılığı ilə keçirildiyini və
tərəflərin konkret nə müzakirə erdiyini müəyyən edək. Yepiskop
Qiorqi və Bələdiyyə məclisinin üzvü Rövşən İsgəndərov hələ də
radionun zənglərinə cavab vermirlər.
Gürcüstan müsəlmanlar idarəsinin müftisi Hafiz Poluxov bizə cavab
verdi ancaq xahiş etdi ki, sonra əlaqə saxlayaq. Sonra isə
zənglərimizə cavab vermədi.