Marneulidəki “Aversi” klinikasında 23 yaşlı həkim dünyasını dəyişib

26 dekabr tarixində Marneulidəki “Aversi” klinikasında 23 yaşlı həkim dünyasını dəyişib.



Klinikanın əməkdaşlarından biri “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, gənc oğlan güman ki, trombdan ölüb.

“Aversi” klinikasının əməkdaşlarından biri anonimliyinin qorunması zəmanəti ilə “Marneuli” radiosuna məlumat verdi. O, qeyd etdi ki, 23 yaşlı həkim koronovirusdan sağaldıqdan sonra klinikada ikinci dəfə növbədə imiş.

“Marneuli” radiosunun məlumatına görə, həkimi xəstəxananın ayaqyolunda ölmüş vəziyyətdə tapıblar.

DİN-dən “Marneuli” radiosuna bildirdilər ki, faktla bağlı Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə intihar həddinə çatdırmanı nəzərdə tutur.

 


"Marneuli" Radiosu

Print Email
FaceBook Twitter Google