2020-ci ildə Marneulidəki doğum evlərində 1602 uşaq dünyaya gəlib
2020-ci il ərzində Marneuli bələdiyyəsindəki iki doğum evində 1602 uşaq dünyaya gəlib.

Marneuli bələdiyyəsində iki doğum evi fəaliyyət göstərir. "Marneuli" radiosu 2020-ci ildə dünyaya gəlmiş uşaqlarla bağlı onların hər ikisindən, "Aversi" və "Geo Hospitals"-ın doğum evindən məlumat əldə etdi.

Marneulidəki "Geo Hospitals"-ın doğum evində ötən il ərzində 793 uşaq dünyaya gəlib. Onlardan 442-si oğlan, 351-i isə qızdır.

“Aversi” doğum evində isə 809 uşaq dünyaya gəlib ki, bunlardan da 446-sı oğlan 363-ü isə qızdır.

2020-ci ildə Marneuli bələdiyyəsinin doğum evlərində ümumilikdə 888 oğlan, 714 qız dünyaya gəlib.


Print Email
FaceBook Twitter Google