Marneuli Bələdiyyə Məclisində 8 əməkdaş ixtisara düşüb.
Bu barədə məlumatı Aparat rəhbəri Nino Beridze təsdiq etdi və
bildirdi ki, yenidənqurma nəticəsində bir neçə şöbə ləğv
olunub.
Onlar arasında hüquqi şöbə və katiblik də var. Beridzenin sözlərinə
görə, ictimai xidmət bürosu ixtisara düşmüş əməkdaşlara işlə təmin
olunmaqda yardım edəcək.
“Onlar 1 fevrala qədər bizim əməkdaşımız hesab
olunurlar. İndi bələdiyyələrdən harada boş yer olduğu ilə bağlı
cavab gözləyirik. İctimai xidmət bürosu vakansiya olan yerləri
göndərib. Hər yerə məktub göndərmişik. Qanuna əsasən həmin
əməkdaşlara hansısa bələdiyyələrə ictimai sektora keçməyi təklif
edəcəyik. Razılaşsalar, müsabiqədən kənar keçəcəklər,
razılaşmasalar, ehtiyatda qalacaqlar və qanunda nəzərdə tutulduğu
kimi müvafiq kompensasiya verəcəyik. Ehtiyaat müddəti iki ildir”,
– Nino Beridze dedi.
Mariana Qvritişvili Bələdiyyə Aparatının hüquq şöbəsinin
əməkdaşıdır. Ona 31 dekabr tarixində məlumat veriblər ki, ixtisara
düşüb. Mariana hesab edir ki, onun işdən azad edilməsi ədalətsiz
qərar idi. O, konkret səbəblər barədə müsahibə vermədi. Ancaq öz
“Facebook” səhifəsində geniş paylaşım edib. Paylaşımı ilə ölkənin
Baş naziri Qiorqi Qaxariaya müraciət edir.
“31 dekabr tarixində Marneuli Bələdiyyə Məclisinin
sədri 7 nəfəri işdən azad edib. Əməkdaşların yeni ilini belə təbrik
etdi. Ölkənin Qaxariası isə özəl strukturları əməkdaşları işdə
saxlamağa, ölkədəki epidemioloji vəziyyətlə bağlı hadisələri nəzərə
almağa çağırır. Mariana Qvritişvili konkret qrup tərəfindən təşkil
edilmiş ədalətsiz və süni yenidənqurmanı nə dərəcədə ədalətlə
danışıb, bu ayrıca böhtanla dolu hekayədir və bu barədə burada
danışa bilməyəcəyəm. Çünki buna hüququm yoxdur.”
Mariana Qviritişvilinin yenidənqurmanın başlaması barədə məlumatı
var imiş. Ancaq özünün dediyinə görə, işdən azad ediləcəyi ağlına
gəlməyib. Konkret təfərrüatları indiki mərhələdə
ictimailəşdirmir.
“Heç bir şəkildə düşünməzdim ki, hüquqi şöbə üçün
təhlükə yaranardı. Çünki Bələdiyyə Məclisində funksiyasız şöbələr
saxlanılıb və onların funksiyasının “fəaliyyətsizliyi” şübhə
yaradır. Deyilənə görə, bir neçə aya yenə “hüquqi təminat şöbəsi”
yaratmağı planlaşdırırlar. süni yenidənqurma prosesi ilə bağlı
mənim şübhəmi təsdiqləyən daha bir fakt odur ki, Bələdiyyə Məclisi
hüquqi ekspertiza funksiyasına da qismən sahiblənib və qaydaya
görə, bu yuxarıda qeyd olunan şöbənin toxunulmazlığına zəmanət
olaraq onun “möhkəmləndirilməsinin” güclü arqumentlərindən biri
olmalı idi. Ancaq mənim şöbəmin rəhbəri, layiqli dövlət məmuru U.Ş.
konkret şəxsləri “persona non-qrata”-ya çevirdilər. Çünki yüksək
vəzifəli ruhani şəxslə dostluq edir. Bələdiyyə Məclisinin
rəhbərliyinin həmin şəxslə bağlı şəxsi maraqları var. Marneuli
Bələdiyyə Məclisinin hüquq şöbəsini iki qadına U.Ş. və Mariana
Qvritişviliyə qurban veriblər. Çünki bizim işdən azad edilmək üçün
səbəbimiz – heç bir pozuntumuz olmayıb. Ona görə də onlar belə asan
şəkildə sadəcə şöbəni ləğv etdilər. Gözdən pərdə asmaq üçün bizim
şöbədən daha bir adam “azad edilib” ki, ədalətsizliyi ədalət örtüyü
ilə örtsünlər.
- Mariana Qvritişvili nə istəyir?
- MMC-yə çevrilmiş Marneuli Bələdiyyə Məclisində ədaləti bərpa
etmək”, – Mariana paylaşdığı məktubda qeyd edib.
Qvritişvili deyir ki, bunların hamısına qarşı ədalətli mübarizə
aparmağı planlaşdırır.
“Marneuli” radiosu hələ də Bələdiyyə Məclisinin rəhbəri Amiran
Qiorqadze ilə əlaqə saxlamağa çalışır. Ancaq o, bizim zənglərimizə
cavab vermir.