Marneuli mer müavininin atasının şirkəti son 17 ayda meriyadan 15 985 260 lari dəyərində tender qazanıb
Marneuli merinin müavini Temur Şubitdzeninin atasının şirkəti Marneuli meriyasından 2022-ci ildən bu günə qədər 15 985 260 lari 79 tetri alıb.

Temur Şubitidze 2021-ci ilin dekabrından Marneuli merinin müavini olub. Ondan sonra atası Paata Şubitidzenin şirkəti meriya tərəfindən elan edilmiş 22 tenderdə qalib gəlib.

Paata Şubitidze “Ktsia” MMC-nin 50%-lik səhmlərinə sahibdir. Məhz meriyanın elan etdiyi yol salınma tenderlərinin əksəriyyətində “Ktsia” MMC qalib gəlir. Son 17 ay ərzində şirkət meriyanın 22 tenderində qalib gəlib.

1. Marneuli bələdiyyəsinin balansında olan avtomobil yollarına qulluq göstərilməsi işləri ilə bağlı tender – 450 000 lari
2. Marneuli bələdiyyəsinin Maradisi və Şaumyan kəndlərinin daxili yollarına asfalt qatı çəkilməsi ilə bağlı tender – 578 800 lari
3. Marneuli bələdiyəsinin Opreti və Xoxmeli kəndlərinin daxili yollarına asfalt qatı işləri ilə bağlı tender – 495 291 37 tetri
4. Marneuli bələdiyyəsinin Bəylər və Tamarisi kəndlərinin daxili yollarına asfalt qatı çəkilməsi ilə bağlı tender – 1 002 157 lari
5. Marneuli bələdiyyəsinin Qaçağan və Kəpənəkçi kəndlərinin daxili yollarına asfalt qatı çəkilməsi ilə bağlı tender – 934 984 lari 19 tetri
6. Marneuli bələdiyyəsinin Axlımahmudlu, Yenikənd və Seyidqocalı kəndlərinin daxili yollarına asfalt qatı çəkilməsi ilə bağlı tender – 1 026 986 lari 23 tetri
7. Marneuli bələdiyyəsinin Algeti kəndinin daxili yollarına asfalt qatı çəkilməsi ilə bağlı tender – 895 000 lari
8. Marneuli bələdiyyəsinin Şulaveri kənd bağ evləri yerləşən yaşayış məntəqəsinin daxili yollarına və Tsopi kəndinə gedən yola asfalt qatı çkilməsi işləri ilə bağlı tender – 596 596 lari
9. Marneuli bələdiyyəsinin İlməzli kəndinin daxili yollarına asfalt qatı çəkilməsi ilə bağlı tender – 310 000 lari
10. Marneuli bələdiyyəsinin Qırmızı Kənd və Xixani kəndlərinin daxili yollarına asfalt qatı çəkilməsi ilə bağlı tender – 654 000 lari
11. Marneuli şəhərində bazar ərazisində olan körpünün bərpası işləri ilə bağlı tender – 783 087 lari
12. Marneuli bələdiyyəsinin Böyük Muğanlı kəndində daxili yollara asfalt qatının çəkilməsi işləri – 440 055 lari
13. Marneuli bələdiyyəsinin Beytarabçı və Xancığazlı kəndlərinin daxili yollarına asfalt qatı çəkilməsi ilə bağlı tender – 1 040 700 lari
14. Marneuli bələdiyyəsinin Ağkörpü kəndində dəmir-beton qatının tikilməsi işləri ilə bağlı tender – 374 969 lari
15. Marneuli şəhərində Ağmaşenebeli küçəsinin bərpa işləri ilə bağlı tender – 2100 101 lari
16. Marneuli bələdiyyəsinin Qasımlı kəndə yolunda beton qatının tikilməsi işləri ilə bağlı tender – 500 000 lari
17. Marneuli bələdiyyəsinin Baydar kənd daxili yollarına asfalt qatının salınması və Marneuli bələdiyyəsinin Mollaoğlu kənd yolunda asfalt qatı çəkilməsi işləri ilə bağlı tender – 661 821 lari
18. Marneuli bələdiyyəsinin Tserakvi və Sioni kəndlərinin daxili yollarında beton qatının tikilməsi işləri ilə bağlı tender – 421 660 lari
19. Marneuli bələdiyyəsinin balansında olan yerli əhəmiyyət daşıyan avtomobil yollarına qulluq işləri ilə bağlı tender – 650 000 lari
20. Marneuli bələdiyyəsinin Şulaveri kəndinin yolunun bərpası işləri ilə bağlı tender – 1 075 000 lari
21. Marneuli bələdiyyəsinin Dəmyə-Görarxı kəndin daxili yollarının bərpası işləri ilə bağlı tender – 531 053 lari
22. Marneuli bələdiyyəsinin Sadaxlı kəndinin daxili yollarının (I və II məhəllənin) bərpası işləri ilə bağlı tender – 463 000 lari

Qeyd edək ki, Temur Şubitidze Marneuli merinin müavini olana qədər meriyanın Əmlakın İdarəolunması və Maddi-Texniki Təminat Xidmətinin rəhbəri vəzifəsini tuturdu.
Paata Şubitidzenin “Ktsia” şirkəti Marneuli meriyasının tenderlərində hələ 2011-ci ildən qalib gəlirdi. Onun iştirak etdiyi ilk tender 2011-ci ilin 13 aprelində qeydə alınıb. Şirkət son tenderi 2023-cü ilin 5 aprelində qazanıb. Bu dövr ərzində şirkət meriyanın 80 tenderində qalib gəlib və on milyonlarla lari əldə edib.

Vladimer Tkeşelaşvili də “Ktsia” MMC-nin 50%-lik səhmlərinin sahibidir. Onun səhmlərini idarə edən və şirkətin direktoru Ketevan Tkeşelaşvilidir. Şirkət Marneuli bələdiyyəsinin Araflı kəndində qeydiyyatdan keçirilib.


Print Email
FaceBook Twitter Google