Marneulidə qəbiristanlıq hasarlanacaq. Yerli özünüidarə
qəbiristanlığın hasarının bərpası üçün 56 890 lari dəyərində tender
elan edib.
Tender sənədlərinə görə, hasarı bərpa olunacaq qəbiristanlıq
Marneuli şəhərində, Müqəddəs Qiorqi adına kilsənin yaxınlığında
yerləşir.
“Layihə ilə hasarın və yeni dəmir hasarın
quraşdırılmasını, elcə də mövcud dəmir hasarın bərpasını nəzərdə
tutulur. Bütün layihə qərarları müvafiq tərəflərlə
razılaşdırılıb.
Tikinti zamanı mövcud yeraltı və yerüstü şəbəkənin sıradan
çıxmasının qarşısını almaq məqsədi ilə tikinti zamanı ərazidəki
şəbəkənin sahibi olan təşkilat, nəzarət təşkilatının nümayəndələri
və sifarişçi təşkilatın səlahiyyətli şəxsləri
çağırılmalıdır”, – tender sənədlərində yazılıb.
Marneuli şəhərində qəbiristanlığın hasarının bərpası işləri üçün
tenderə ayrılmış vəsaitin 100%-i yerli özünüidarə büdcəsindən
maliyyələşdirilir.
Tenderdə iştirak etmək istəyən şirkətlər 11-16 fevral tarixlərində
öz təkliflərini təqdim edə bilərlər. Qalib şirkət müqavilə
bağlandıqdan 60 gün ərzində işləri təhvil verməlidir.