“Mən heç bir partiyadan deputatlığa
hazırlaşmıram”, – bu fikirləri “Marneuli” radiosu ilə
söhbəti zamanı 16 il Gürcüstan Parlamentinin deputatı olmuş Azər
Süleymanov dedi.
Onun sözlərinə görə, artıq o, özü üçün yaşamaq istəyir.
Süleymanovun dediyinə görə, onun rəqibləri arxayın ola
bilərlər.
“Tam əminliklə deyə bilərəm ki, Azər Süleymanov seçki
karyerasını bitirib. Mən 4 dəfə Gürcüstan Parlamentinin deputatı
olmuşam. Heç bir partiyadan nə “Gürcü arzusu”ndan, nə də ki, başqa
partiyalardan, heç haradan deputatlığa hazırlaşmıram. Nə də ki, elə
bir fikrim yoxdur. Amma ataların bir sözü var - “Heç vaxt heç vaxt
demə”. Bugünkü gün heç bir fikrim yoxdur. Nə də ki, elə bir təklif
yoxdur. Azər Süleymanov hər hansı partiyadan millət vəkilliyinə
hazırlaşsın. Rəqiblərə rahat deyə bilərsiniz ki, rahat olsunlar.
Mənim elə bir fikrim yoxdur. Bəlkə kimlərinsə fikri var. Amma mən
arxayınam ki, o iş barəsində fikirləşmirəm. Bəlkə təklif də ola
bilər. Amma mən artıq bir az da özüm üçün yaşamaq istəyirəm. Artıq
gənclərə yol açmışam. Hələlik artıq siyasətlə məşğul olmaq fikrim
yoxdur. Amma heç vaxt, heç vaxt demirəm. Yəni 56 yaşım var. Hər şey
qabaqdadır”, – Azər Süleymanov dedi.
Qeyd edək ki, keçmiş millət vəkili Azər Süleymanov 1996–1999-cu
illər ərzində Marneuli İcra hakimiyyətinin iqtisadiyyat şöbəsinin
müdiri vəzifəsini yerinə yetirib. 1999–2003-cü illərdə majoritar
yolla seçilərək millət vəkili olub. 2003–2008-ci illərdə
Kvemo-Kartli qubernatorunun müavini kimi çalışıb. 2008–2020-ci
illərdə yenidən millət vəkili olaraq fəaliyyət göstərmişdir.
Süleymanov 2021-ci ildə “Vahid Milli Hərəkat” partiyasın tərk edib.
Hal-hazırda keçmiş deputat siyasi fəaliyyətlə məşğul olmur.
Keçmiş deputatın oğlu
Gürcüstanın Sloveniyadakı səfirliyinin birinci katibi vəzifəsinə
təyin olunub
Azər
Süleymanov Vahid Milli Hərəkat partiyasından
ayrıldı
Bizim üçün fərqi
yoxdur ki, sabah baş nazir kim olacaq, bizim tələbimiz
növbədənkənar seçkilərdir – Azər Süleymanov Qaxarianın istefası
barədə