Marneulidə EV Terapiya Mərkəzi fəaliyyətə başlayıb.
Mərkəz Marneulili cütlük psixoloq Emin Yadigarov və həyat yoldaşı
ibtidai təhsil üzrə pedaqoq Vüsalə Qayalova tərəfindən təsis
olunub.
Mərkəz psixololoji və psixo-pedaqoji məsləhətlər sahəsində xidmət
göstərir. Bu barədə təsisçilər, Yadigarov və Qayalova bildirirlər
ki, onlar psixoloji, psixo-pedaqoji və art terapiya istiqamətləri
üzrə irəliləyirlər.
“EV terapiyanın məqsədi insanlara evlərindəki hüzuru və
eyni zamanda güvən duyğusunu hiss etdirməkdir. Psixoloji,
psixo-pedaqoji və art terapiya xidmətləri ilə cəmiyyətimizə xidmət
göstərməkdədir. Biz birlikdə səfərdə olduğumuz zaman psixoloji və
psixo- pedaqoji mövzularda müzakirələr aparırdıq. Müzakirələrdən bu
qənaətə gəldik ki, cəmiyyətimiz üçün faydalı olan terapiya mərkəzi
formalaşdıraq. Bu terapiya mərkəzi vasitəsilə insanda olan 2 əsas
istiqamətə yönəldik, emosional ve psixi vəziyyətlərinə. Bu terapiya
növlərində əsas məqsəd insan əhval-ruhiyyəsində baş verən
hadisələri anlamlandırmaq və onlara daha yaxşı hiss etmələrinə
köməklik göstərməkdir”, - Vüsalə Qayalova dedi.
Emin Yadigarov "Marneuli" radiosu ilə söhbəti zamanı mərkəzin
stress, güclü narahatlıq, özünəinamsızlıq və diğər problemləri
mənalandırmaq və onlara kömək etmək məqsədi daşıdığından bəhs
etdi.
“Mərkəzimiz hal-hazırda üç əsas məqsədə xidmət edir.
Birinci xidmət növümüz psixoloji dəstəkdir. Bu, əsasən narahatlıq
pozğunluğu, stress, özünəinamsızlıq və diğər problemləri
mənalandırmaq və onlara kömək etmək məqsədi daşıyır. Bunlar 14
yaşdan yuxarı qruplar üçün nəzərdə tutulub. Digər xidmətimiz
psixo-pedaqoji xidmətdir ki, 7-17 yaş qrupları üçün nəzərdə tutulan
xüsusi konsultasiya növüdür. Burada əsasən xüsusi uşaqlarla
işləniləcək. Məqsədi müxtəlif oyunlarla uşaqların inkişafına töhfə
verməkdir. Üçüncü xidmətimiz isə Art Pedaqogika/Art Terapiyadır. Bu
isə gənclər, uşaqlar, yetişkinlər üçün nəzərdə tutulub. Məqsəd
fərdin özünü rahat və azad şəkildə ifadə etməsini, içində həbs
olunmuş duyğularını üzə çıxarmasını, yaradıcılığını daha da
artırıb, estetik yönlərinin ortaya çıxarmasını təmin etməkdir.
Hesab edirəm ki, nəticələr haqqında danışmaq hələ tezdir. Bizim
diqqətimiz daha çox proses yönümlüdür”,- Emin
Yadigarov bildirdi.
Onlar qeyd edirlər ki, hər gün daha yaxşı olmaq üçün əllərindən
gələni edəcəklər.
“Düşünürəm ki, həyat yoldaşım və mən indi hələ yolun
başlanğıcındayıq. Hər gün bir az daha yaxşı olmaq üçün əlimizdən
gələni edəcəyik. Uğursuz olacağımız zamanlar da olacaq, uğur
qazanacağımız vaxtlar da. Prosesin uğurlu olması uğursuzluqlarımızı
nə qədər yaxşı qiymətləndirə biləcəyimiz və onlardan nə dərəcədə
öyrənə biləcəyimizdən asılı olacaq. Bu da, zaman ərzində
müştərilərimizin etibarı, rəyləri nəticəsində aydın
olacaq”, - Vüsalə Qayalova deyir.
Mərkəzin təsisçiləri bildirirlər ki, insan sosial bio-psixoloji
varlıqdır. Sosial ehtiyaclar münasibətlərimiz, bioloji ehtiyaclar
həyati fəaliyyətini saxlama, qida, uyğun yaşayış şəraiti və
psixoloji ehtiyaclarımız. Bunlar mənalı və şən həyat üçün vacib
olan ehiyaclardır. İnsan öz potensialı qədər həm sosial varlıqdır
həm də fərddir. Psixoloji ehtiyacların başında yaradıcılıq, özünə
hörmət, özünəinam, uğur, başqalarına hörmət, başqaları tərəfindən
hörmət, problem həll edən, qərəzsiz, həqiqəti qəbul etmə və başqa
şeylər gəlir. Bu terapiya mərkəzi bu cür ehtiyacların tarazlıq
içində yaşaması üçün xidmət edəcək.