16 fevral tarixində Şaumyani kəndində kəndə dəstək proqramı
çərçivəsində toplantı baş tutub.
Əhali küçə işıqlarının quraşdırılmasını dəstəkləyib.
Kənd toplantısı Şaumyani 3 saylı məktəbinin ərazisində baş tutub.
Şaumyani üçün mərkəzi büdcədən 20 000 lari ayrılıb.
Küçə işıqlarından başqa daxili yollara asfalt çəkilməsi prioritet
olaraq qeyd olunub.
Marneulidə kənd toplantılarına 12 fevral tarixində başlanılıb.
Kəndə Dəstək
Proqramı üçün 2024-cü ildə Gürcüstanın Regionlarında
Həyata Keçiriləcək Layihələr Fondundan 1 232 000 lari ayrılıb.
Kəndlərə vəsait əhalinin sayına görə bölünüb. Hər kəndə ən az 10
000 lari, ən çox 20 000 lari nəzərdə tutulub.