Bu gün qonağımızla təhsil ocaqlarında dərsliklərin çatışmazlığı
haqqında danışdıq.
Elvir əsas problem olaraq dərsliklərin düzgün tərcümə
olunmamasından danışdı.
O, bildirdi ki, riyaziyyat,
kimiya və fizika kimi dəqiq elmlərin dərsliklərinin tərcümələrində
səhvlər çoxdur. Dərsliklərin qaydasında olmaması gələcək nəslin
savadsız yetişməsinə səbəb olur və bu yaxşı göstərici deyil.
Qonağımız sonda şagirdlərə elmə maraq göstərmələrini arzu etdi.
Daha ətraflı verilişi dinləyin.
"Marneuli" Radiosunun jurnalisti Pərvin Hacıyeva sizləri “Gənc
Marneuli” verilişini dinləməyə dəvət edir. Verilişi hər çərşənbə
axşamı saat 12:00-da, təkrarını isə hər şənbə saat 12:00-da dinləyə
bilərsiniz.