Bələdiyyənin üstünlüklər sənədi nədir
Marneuli bələdiyyəsi
2019-cu ilin sentyabrında üstünlüklər sənədi üzərində çalışmağa
başlayıb.
150-yə yaxın könüllü
xüsusən tərtib edilmiş sorğu anketi ilə bələdçilik edib və təsadüfi
prinsiplə kəndlərdə 2020, şəhərdə isə 407 nəfərlə sorğu aparıb.
Vacib komponentlərdən biri ailələlərə daxil olmaq və hər bir şəxslə
sorğu aparmaq idi. Əhali 20-yə yaxın məsələdən 3 üstün istiqaməti
seçmək imkanı var idi.
Marneuli bələdiyyəsi büdcə prosesinə sakinlərin qoşulması məqsədi
ilə fəallıqlar, Milli-Demokratik İnstitutun (NDİ) dəstəyi ilə ilə
yerli özünüidarəetmə proqramı çərçivəsində həyata keçirirdi. Qeyd
etmək lazımdır ki, oxşar miqyasda sorğu Marneulidə ilk dəfə bu il
keçirilib.
2019-cu ilin 28 noyabrında Marneuli meriyasında NDİ Marneuli
bələdiyyəsinin 2020-ci ilin büdcə layihəsinin ictimai müzakirəsini
keçirib. Özünüidarəetmə 2020-ci ilin büdcə layihəsi və 2020-2023-cü
illərin üstünlüklər sənədini təqdim edib.
Bələdiyyənin üstünlüklər sənədi nədir - bələdiyyə
üstünlüklərinin sənədi özünüidarə vahidinin inkişafının əsas
planıdır ki, orada bələdiyyənin ortamüddətli inkişad planları
haqqında məlumat verilib. Sənəd keçən dövrdə, eləcə də gələcək 4 il
ərzində bələdiyyənin büdcəsindən maliyyələşdiriləcək əsas
üstünlüklər və proqramlar haqqında məlumatdan ibarət olmalıdır.
Üstünlük sənədinin tərtib olunması/yenilənməsini əsasən yerli
özünüidarəetmənin icraçı orqanı həyata keçirir. Bələdiyyənin
üstünlüklər sənədinin hazırlanmasına rəhbərlik edən vəzifəli
şəxslər və müvafiq xidmətlər diqqətli olmalıdırlar ki, bələdiyyənin
üstünlüklər sənədi və müvafiq regional inkişaf strategiyası
arasında uyğunluğu qorusunlar. Yerli özünüidarə vahidində hər
növbəti ilin büdcə prosesi 1 martdan başlayır və bu zaman
Gürcüstanın büdcə məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq
bələdiyyənin meri bələdiyyənin üstünlüklər sənədinin tərtib
edilməsi/yenilənməsi işlərinin təşkil edilməsi haqqında
inzibati-hüquqi akt tərtib edəcək.
Bu metodologiya ilə müəyyən edilmiş işçi qrupu üstünlüklər
sənədinin ilkin variantını hazırlayır və bələdiyyənin meri 15
avqusta qədər onu nəzərdən keçirir. Bələdiyyənin müvafiq büdcə
təşkilatları və onlara daxil olan struktur vahidləri üstünlük
sənədinin ilkin variantı çərçivəsində bəyənilən ayırı və rəqəmlərin
sərhəd miqdarına əsasən büdcə müraciətləri üzərində çalışmağa
başlayırlar.
Üstünlükər sənədinin müəyyən edilmiş üstün sahələr və onların
maliyyələşdirilməsi dinamikası ilk növbədə bələdiyyənin
ehtiyaclarına əsaslanmalıdır, yerli əhali ilə məsləhət əsasında
təsdiqlənən problemlərin həllinin qayğısına qalınmalıdır.
Üstünlüklərin maliyyələşdirilməsinin müəyyən edilməsi zamanı şəxsi
və qüvvədə olan qanunvericiliklə bələdiyyələrə verilən
səlahiyyətlər nəzərə alınmalıdır. Üstünlükər sənədinin gəlirlər
hissəsinin proqnoz göstəricilərinə xüsusi diqqət ayrılmalıdır,
konkret olaraq, real səfərbər edilməsi mümkün olan maddi resurslar
mütləq nəzərə alınmalıdır ki, maddi resursun qeyri-real hesabların
orta müddətli məqsədlər arasında təsvir edilməsi olmasın. Yerli
özünüidarəetmələr üstünlükərin müəyyən edilməsi zamanı eləcə də
ölkənin ümumi siyasətini, mərkəzi hakimiyyətin təsvir etdiyi
üstünlükləri, ölkənin əsas mqəsəd və istiqamətləri sənədi ilə
müəyyən edimiş orta müddətli göstəriciləri nəzərə almalıdırlar.