Xəbərlər
Rustavi-Tbilisi marşrut xəttində gedişhaqqı artır
Rustavi bələdiyyə məclisinin qərarına əsasən 19 avqust tarixindən "İntertrans" şirkətinə məxsus marşurtlarda gedişhaqqı 1.80 lari təşkil edəcək.

Moskva prospekti, İst Point, Lilo, Qldani və Universitetin çoxmərtəbəli binasına gedən marşrutlarda isə gedişhaqqı dəyişməz olaraq qalacaq.

Təxminən bir ildir ki, "İntertrans" şirkəti Rustavi-Tbilisi arasındakı 11 marşrut xəttdində gedişhaqqının artırılmasını tələb edirdi. Şirkət idia edirdi ki, nəqliyyatda gediş haqqı çox aşağıdır və buna görə də "İntertrans" şirkəti zərərlə çalışır. Sürücülər gedişhaqını bir neçə dəfə artırsalar da, bu sərnişinlər tərəfindən etirazlara səbəb olmuşdu.

Mənbə: tv4.ge
FaceBook Twitter Google