Ulduz falı - Aktiv olun, ətalətə qapılmayın
26 Fevral 2020-cu il
Qoç - səhər saatlarından etibarən aktiv olun. Fiziki iş üçün
əlverişli zamandır. Rəqiblərlə mübarizədə geri çəkilməyin. Məntiqli
və soyuqqanlı olun. Günün ilk yarısında planlarınıza ailə
qayğıları, ev işləri mane ola bilər. Yaşananlara həddən ziyadə
emosional reaksiya verməyin.
Buğa - dəyişikliklərə duyulan ehtiyac labüd olsa da, ifrat tənqidə
varmayın. Həmkarlarınız və yaxınlarınızın könlünə dəymədən
situasiyaya təsir variantını tapın. Müdriklik, praktik davranış
sizə vaxtdan öz maraqlarınızın təminatı üçün yararlanmağa imkan
verəcək. Tənbəllik etməyin, səliqəli və dəqiq olun.
Əkizlər - işgüzar və şəxsi münasibətlərdəki nüanslara diqqət
yetirin. Tərəfdaşla təmaslar, işlə bağlı öhdəlik və vədlər önəmli
məsələlərdir. Yükün paylaşdırılması və məsuliyyətin
bölüşdürülməsində ədalətli davranmaq gərəkdir. Ədalətli olun,
başqalarından da bunu tələb edin. Rəqabət güclənir.
Xərçəng - cari işlərdə ətalətə qapılmayın, yaranan şansları
dəyərləndirin. Enerji səviyyəsi çox olduğundan konstruktiv
fəaliyyəti seçin. Ünsiyyət fərqli hisslər vəd edir. Günün ilk
yarısında fikir ayrılığı və mübahisələr istisna deyil.
Şir - hansı insanların indi sizin maraqlarınıza dəstək ola
biləcəyini intuitiv aydınlaşdırın. Tərəf və əks-tərəfləri
müəyyənləşdirin. Övladlarınız varsa, onlara nüfuzunuzla təzyiq
etməyin. Ailə problemini birgə fəaliyyət və məhsuldar əməkdaşlıq
artıq sözlər olmadan çözə bilər.
Qız - yaxın ətrafınızdakı insanların mənafelərini nəzərə alın,
onların qayğısına qalın. Səmimi və gülərüz davranmaq çətin deyil.
İşdə mühüm xəbər, məlumat ola bilər. Maddi perspektivlərinizlə
bağlı situasiya aydınlaşır. "Stavka" etdiyiniz işi başa çatdırın.
Şəxsi münasibətlərdə yeniliklər istisna deyil. İlkin razılaşma,
hadisələrin inkişaf xəttinin aşkarlanması yönlərində konkret
nəticələr əldə etməyə çalışın.
Tərəzi - bir qədər nəfəs alın, ətrafı diqqətlə müşahilə edin. Yeni
orientirlər seçmək zamanıdır. Sizi yeni məlumat və ya fərqli işdə
iştirak etmək zərurəti gözləyir. Daxili gərginlik səviyyəsini aşağı
salın. İddialarınızı kontrol altında saxlayın. Günün ikinci
yarısındakı proseslər sınaqdır.
Əqrəb - səbrli olun, ətrafı müşahidə edin. Korporativ intriqalara
qatılmayın. Enerjinizi işə yönəldin, çətin məsələləri həll etməyə
çalışın. Həll variantı dəqiq və qəfil ola bilər. Axşam saatlarında
aktiv istirahəti seçin.
Oxatan - ətrafınızdakı insanlardan biri ilə əlaqələrin heç bir
perspektivi olmadığını anlayacaqsınız. Yeni işlərə başlamağa
tələsməyin. Alış-verişdə bədxərclik etməyin. Axşam saatlarında
nəyisə dəyişməklə bağlı zərurət yarana bilər.
Oğlaq - aktiv olun, ətalətə qapılmayın. Gün ciddi yeniliklər və
dəyişikliklər vəd etməsə də, yaşananları diqqətlə izləyin.
Emosional davranmayın. Stressə qapılmayın. Diqqətli olun ki, başa
çatdırdığınızı düşündüyünüz işi yenidən görməyəsiniz. Əks cins
mənsubu ilə mübahisə etməyin. Diskussiyanın genişlənməsinə və
ağırlaşmasına imkan verməyin.
Dolça - şəxsi münasibətlərdə köhnə umu-küsü və fikir ayrılıqları ön
plana çıxacaq. Günün ikinci yarısında nüfuz və mövqelərinizə təsir
edə biləcək situasiyalarda səbrli, təmkinli olun. Sözlər və
bəyanatlar hadisələrin sonrakı inkişafı baxımından önəmlidir.
Balıqlar - ayın ən önəmli günlərindən biridir. Hadisələrin inkişaf
məcrası müəyyənləşir. Yeni ideyalar və ya maraqlı fəaliyyətin böyük
ruh yüksəkliyi ilə başlanmış ilkin mərhələsi real sonuclara
yönəlmiş daha ciddi, dərin işlə əvəzlənə bilər.