Muşevani (Dəllər) kəndində yaşayan 4 şəxsdə koronavirus aşkarlanıb
Bu səhər əldə olunan laboratoriya analizlərinin nəticələrinə görə Bolnisinin Muşevani (Dəllər) kəndində yaşayan 4 şəxsdə koronavirus aşkarlanıb.

Virus aşkarlanan şəxslərdən 3 nəfərinin analiz nümunələrini epidemioloqlar dünən götürüblər, bir nəfər isə yoluxmuş yaxınları ilə birlikdə xəstəxanaya aparılmışdı və analiz nümunəsini elə yerində götürmüşdülər.

Müvafiq olaraq onların yoluxma mənbəyi məlumdur və bu vaxta kimi yoluxan insanlarla təmasda olan şəxslərdir.

Analiz üçün laboratoriyaya 97 nəfərin testi göndərilib, o cümlədən, 88 bioloji nümunə Muşevani kəndindən götürülüb, 9-u isə Bolnisi şəhərindən.

Bu günə olan son məlumata görə, Muşevani kəndindən indiyə kimi 54 şəxsdə yoluxma faktı qeydə alınıb. Bu məntəqədə aprelin 25-dən bu günə kimi sərt karantin rejimi hökm sürür.

Bolnisidə koronavirusa 160 yoluxma faktı var ki, onlardan da 66 nəfər sağalıb, 3 nəfər isə vəfat edib.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google