Gürcüstan Müstəqillik gününü necə qeyd edəcək?
Gürcüstanda 26 May – Müstəqillik günü koronavirus pandemiyası səbəbindən geniş qeyd olunmayacaq.

Bu barədə baş nazirin mətbuat katibi İrakli Çikovani bildirib.

O deyib ki, bu il vacib dövlət bayramı başqa formatda keçiriləcək: “Baş nazir Giorgi Qaxaria bu günü Vaziani hərbi bazasında Müdafiə Qüvvələrinin nümayəndələri ilə birgə qeyd edəcək. Dövlət idarələrində isə kiçik mərasimlər təşkil olunacaq”.

Mənbə: NewsBureu
Print Email
FaceBook Twitter Google