Tbilisidə körpə cəsədi tapılıb, faktla bağlı istintaq başladılıb
Tbilisi şəhərətrafı ərazilərindən birində yeni doğulmuş körpə cəsədi tapılıb. Hadisə iyunun 2-də baş verib. Ölən körpə səhər saatlarında yaşayış evinin yaxınlığında tapılıb.

Daxili İşlər Nazirliyindən On.ge-yə faktı təsdiqləyiblər. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin yeni doğulmuş uşağın ana tərəfindən qəsdən öldürməsini nəzərdə tutan 112-ci maddəsi ilə istintaq aparılır. Nazirlikdən əlavə məlumat verilməyib.

Mənbə: On
Print Email
FaceBook Twitter Google