Hökumət 60 milyon avroya yeni metro vaqonları alacaq
Hökumət yeni, müasir tipli metro vaqonları almağı planlaşdırır.

Satınalmanın təxmini dəyəri 60 milyon avrodur.

Qeyd edək ki, bu mərhələdə Tbilisi metropoliteninin balansında 192 metro vaqonu qeydiyyatdadır. Bu vaqonlara iki depoda – Nadzaladevi və Qldanidə xidmət göstərilir.

Ancaq bu iki depodan əlavə yeni vaqonlar üçün demək olar ki, yer yoxdur. Buna görə də, yeni vaqonların alınması ilə köhnə, amortizasiya olunmuş deponu da bərpa etmək (yenisini qurmaq) lazımdır.

Köhnə deponun bərpası ilə yanaşı, Saburtalo xətti ilə (Tsereteli stansiyası ilə) əlaqələndirici deponu da bərpa etmək lazım olacaq. Bunun nəticəsində, Nadzaladevi deposundan metronun tərkib hissələrinin Saburtalo xəttinə fasiləsiz çatdırılması əhəmiyyətli dərəcədə yaxşılaşacaq.

Məlumat üçün bildirək ki, yeni deponun inşasının dəyəri 10 milyon avro, tunelin bərpası isə 5 milyon avro çərçivəsindədir. Bu layihə üçün hökumət 15 il müddətinə AYİB-dən 65 milyon avro kredit götürəcəkdir.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google