28 iyul: koronavirusa 8 yeni yoluxma halı aşkarlandı, 5 nəfər isə sağaldı
28 iyul səhər saatlarına olan məlumatlara görə, Gürcüstanda son 24 saat ərzində koronavirusa 8 yeni yoluxma halı aşkarlanıb, daha 5 xəstə isə sağalıb.


Hökumətin rəsmi stopcov.ge veb-saytının verdiyi məlumata görə, Gürcüstanda Covid-19-a ümumilikdə 1145 yoluxma halı təsdiqlənib ki, onlardan da 927 nəfər sağalıb, 16 nəfər isə vəfat edib.

Digər məlumatlara gəlincə, hazırda 6459 nəfər karantin rejimində, 353 nəfər isə stasionarda nəzarət altındadır.

Xaricdən müalicə üçün gətirilmiş Gürcüstan vətəndaşlarının sayı isə 41 nəfərdir.
Print Email
FaceBook Twitter Google