Xəbərlər
Çində, idxal olunan dondurulmuş qidada koronavirus tapıldı - yerli rəhbərlik
“Reuters” yerli hakimiyyət orqanlarına istinadən xəbər verir ki, Çinin iki şəhərində, idxal olunan dondurulmuş ərzaq və qablaşdırmada yeni koronavirusun izləri tapılıb. Agentliyin məlumatına görə, hadisə çirklənmiş qidanın virusun yeni dalğasının yayılmasına təkan verə biləcəyi ilə bağlı qorxuları artırıb.

Yerli səlahiyyətlilərə görə, Braziliyadan gətirilən dondurulmuş toyuq qanadlarından götürülən nümunədə və Ekvadordan gətirilən “krevetlərin” qablaşdırmasında koronavirus olduğu aşkar edilib.

Çin, əvvəlki gün Ekvadordan gətirilən “krevetlərin” qablaşdırmasında COVID-19 aşkar etdikdən sonra limanlarda idxal olunan məhsulların yoxlanılmasına başlamışdı.

Shenjen səlahiyyətlilərinə görə, məhsulla təmasda ola biləcək bütün insanlar üzərində test aparılıb. Testin nəticəsi bütün hallarda mənfi olub.

Agentliyin məlumatına görə, Braziliyanın Pekindəki səfirliyi mətbuatın suallarını cavablandırmayıb. Reuters, həmçinin Ekvador səfirliyi ilə də bağlantı qura bilməyib.

"Virusun dondurulmuş toyuqlara hansı mərhələdə keçdiyini söyləmək çətindir", – deyə braziliya ətinin ixracatçısı bu haqda danışıb.

Mənbə: publika.ge
FaceBook Twitter Google