Gürcüstan Xarici İşlər Naziri Davit Zalkaliani,
Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya-demarkasiyası ilə
bağlı əldə edilmiş yeni kartoqrafik materialların 2006-2007-ci
razılaşmasını dəyişdirə biləcəyini istisna etmir.
Zalkaliani bunu Azərbaycan Respublikasının Xarici İşlər Naziri ilə
keçirdiyi mətbuat konfransında bildirdi. Zalkalianinin sözlərinə
görə, materiallar Gürcüstan tərəfindən əldə edilmiş və Azərbaycana
da verilmişdir.
“Sərhəd delimitasiyası-demarkasiyası məsələsi üzərində fəal
işləyirik. Bildiyiniz kimi, keçən il Davit Qarejidə hadisələr baş
vermişdi və biz birgə komissiya çərçivəsində fəal şəkildə işə
başlamışdıq. Komissiyanın özü də yenilənmişdi. Pandemiya səbəbindən
komissiyanın görüşləri təxirə salınmış, lakin işlər
dayandırılmamışdır. Yeni əlavə kartoqrafik materiallar bizim
tərəfimizdən hazırlanmışdır və Azərbaycana ötürülmüşdür. Bu
materialları təhlil edərək 2006-2007-ci illərdə əldə edilmiş
razılaşmaya yenidən baxılmasının zəruriliyini istisna etmirəm. Ümid
edirəm irəliləyişimiz olacaq. Komissiya bu məsələni hər iki ölkənin
xeyrinə ikitərəfli həll etməlidir. Hər iki tərəfin bu məsələyə
konstruktiv yanaşması var", – deyə Zalkaniani
vurğulayıb.