Koronavirusa yoluxmuş daha bir xəstə dünyasını dəyişdi
Koronavirusa yoluxmuş 26-cı xəstə həyatını itirib. NCDC direktoru Amiran Qamkrelidze bu barədə jurnalistlərə açıqlamasında bildirib.

"Bizdə ölüm göstəricisi 0.57%-dir, bu səhər 25 idi, təəssüf ki, Batumidə bir nəfərin də ölməsi bu sayı artırdı. Cəmi 26 nəfər xəstə həyatını itirib. Son 48 saatda isə 5 xəstə dünyasını dəyişib, hamısı süni ventilyasiyada olan ən ağır xəstələr idi,”– deyə Qamkrelidze qeyd edib.

Onun dediyinə görə, xəstə 70 yaşında idi və virusla yanaşı xroniki xəstəlikləri var idi.

Amiran Qamkrelidzenin sözlərinə əsasən, bu gün Gürcüstanda vəziyyəti ağır olan 70-ə yaxın koronavirusa yoluxmuş xəstə var - "ümumilikdə ölkədə 11 kritik xəstə var."

24 sentyabr tarixinə olan məlumata görə, Gürcüstanda 259 yeni koronavirusa yoluxma hadisəsi aşkar olunub və təsdiqlənmiş infeksiya sayı isə 4399-a yüksəlib. Rəsmi məlumata görə, sağalanların sayı 1705-ə yüksəldi, 26 xəstə isə dünyasını dəyişib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google