Oktyabrın 4, 11 və 17-də raket və ağır artilleriya hücumları
nəticəsində Gəncə şəhərində 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak
olub.
Azərbaycan Respublikasının Baş Prokurorluğundan bildirilib. Verilən
məlumata görə, raket və ağır artilleriya hücumları nəticəsində 138
nəfər yaralanıb.
Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat
vasitələrinə külli miqdarda ziyan dəyib.
Düşmənin atəşi nəticəsində hazırki vaxtadək 65 nəfər həlak olub,
onlardan 18-i qadın, 10-u uşaqdır.
Mənbə: report.az