Ərdoğan Fransa Prezidentinin psixi müalicəyə ehtiyac duyduğunu bildirdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “maarifçi İslam” fikrini irəli sürən Fransa lideri Emmanuel Makrona öz psixikasını müalicə etməyi tövsiyə edib.

Türkiyə Prezidenti bu barədə Kayseri şəhərində çıxış edərkən deyib.

“Dövlət başçısının ölkəsindəki milyonlarla müsəlmanla bu şəkildə davranması, hər şeydən əvvəl, öz ağlı üzərində nəzarəti itirməsi deməkdir. Onun psixikasının müalicəyə ehtiyacı var”, - deyə R.T.Ərdoğan söyləyib.

Xatırladaq ki, Fransa Prezidenti son çıxışlarından birində bildirib ki, “İslam separatizmi” ilə mübarizə aparmaq üçün sərt qanunlar qəbul edilməlidir.

E. Makron Fransa Müsəlmanları Şurası ilə birlikdə yeni təşkilat təsis edərək “marifçi İslam” qurmağın lazım olduğunu bəyan edib.

Mənbə: oxu.az
Print Email
FaceBook Twitter Google