Azyaşlını qatar vurub
Zestafonidə azyaşlını qatar vurub.

Əldə olunan məlumatlara görə, hadisə Aqameti kəndində baş verib.

Şahidlərin sözlərinə görə, yeniyetmə yerindəcə keçinib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin nəqliyyat vasitəsinin hərəkəti təhlükəsizliyi və ya istismarı qaydalarının pozulmasını nəticəsində insan həyatının itirilməsini nəzərdə tutan 275-ci maddəsinin 4-cü hissəsi ilə istintaq başladılıb.

Print Email
FaceBook Twitter Google