Birinci sinifdən altıncı sinifə qədər şagirdlər məktəblərə
getməlidir, onlar onlayn tədrisə alışa bilmirlər - bu barədə
Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri bildirib.
Amiran Qamkrelidzenin sözlərinə görə, bunun üçün mütləq peyvənd
olmaq lazımdır.
''Məktəblər oktyabr ayından etibarən açılmalıdır, uşaqların təhsilə
ehtiyacı var, birinci və altıncı sinif şagirdləri məktəblərə
getməlidir, onlayn təhsilə alışa bilmirlər. Problemlər var, buna
görə hamı peyvənd olmalıdır '' - deyə Qamkrelidze
qeyd edib.
Koordinasiya Şurasının qərarına əsasən, dərslər oktyabrın 4-dək
Gürcüstanda onlayn olaraq keçiriləcək.