Dövlət Müfəttişliyi məlumat yayıb
“Noyabrın 29-da Dövlət Müfəttişliyinin İstintaq İdarəsi Tbilisi Şəhər Məhkəməsinin inzibati binası yaxınlığında Daxili İşlər Nazirliyinin bəzi əməkdaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri ilə bağlı araşdırmalara başlayıb”, - Dövlət Müfəttişliyi İdarəsi xəbər verir.

Onların sözlərinə görə, hazırda adı çəkilən iş üzrə müvafiq istintaq hərəkətləri aparılır: hadisə yerinə baxış keçirilməsi, iştirak edən şəxslərin dindirilməsi və s.

“Dövlət Müfəttişliyinin İstintaq İdarəsi 29 noyabr 2021-ci il tarixində Tbilisi Şəhər Məhkəməsi qarşısında keçirilən etiraz aksiyası zamanı Daxili İşlər Nazirliyinin bəzi əməkdaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri ilə bağlı Gürcüstanın Cinayət Məcəlləsi 33-cü maddə 3-cü hissənin “b” yarımbəndində nəzərdə tutulmuş cinayət əlamətləri ilə bağlı araşdırmalara başlayıb.

Cinayət işi üzrə intensiv istintaq hərəkətləri aparılır: hadisə yerinə və ətraf əraziyə baxış keçirilib; İşdə iştirak edən şəxslərlə, o cümlədən etirazçılarla müsahibələr; Müxtəlif dövlət qurumlarından araşdırma üçün maraq doğuran məlumat və sənədlər tələb olunub; İstintaq məqsədi ilə teleşirkətlərdən mühüm video çəkilişlərin tələb edilməsi ilə bağlı məhkəməyə vəsatət verilib.

Dövlət Müfəttişliyi istintaqın səmərəli aparılmasını təmin etmək üçün bütün zəruri istintaq və prosessual hərəkətləri həyata keçirəcək”,
- məlumatda deyilir.

Mənbə: report.ge


Print Email
FaceBook Twitter Google