Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanda fəaliyyətinin 15
illiyini qeyd edir.
Şirkət Gürcüstan bazarına 2006-cı ildə daxil olub.
SOCAR-ın ölkədəki törəmə “SOCAR Georgia Petroleum” şirkətindən
bildirilib ki, Gürcüstan şirkətin Azərbaycanın hüdudlarından
kənarda yanacaq doldurma məntəqəsinin açıldığı ilk ölkə olub.
Bundan başqa, SOCAR Gürcüstanda ən iri investorlardan biridir və
uzun illər boyu ən böyük vergi ödəyicisidir. Şirkətin Gürcüstan
üzrə əməkdaşlarının sayı 4 min nəfərdən çoxdur.
Mənbə: report.az