Avropa Dərman Agentliyi Covid vaksinlərinin kombinasıyasını dəstəkləyir
Avropa İttifaqı səhiyyə agentlikləri COVID-19 peyvəndlərini qarışdırmağı və həm ilkin kurslar, həm də gücləndirici dozalar üçün seçməyi tövsiyə edib.

Bu barədə məlumatı “Reuters” agentliyi yayıb.

Avropa Dərman Agentliyi (EMA) və Avropa Xəstəliklərə Nəzarət və Prevensiya Mərkəzinin (ECDC) birgə bəyanatında deyilir ki, virus vektor peyvəndləri və mRNA vaksinlərinin kombinasiyası koronavirusla mübarizə aparmaq üçün bədəndə kifayət qədər anticisim istehsal edəcək.

Qurumlar həmçinin immun sistemi zəif olan insanlarda, həmçinin xroniki xəstəlikləri və xərçəng şişləri olan insanlarda peyvəndlərin qarışıq istifadəsini dəstəkləmək üçün daha çox araşdırmaya ehtiyac olduğunu bildirirlər.

Böyük Britaniyada COVID-19 peyvəndi qarışıqları üzərində aparılan bir araşdırma göstərib ki, AstraZeneca və ya Pfizer-BioNTech peyvəndinin ilk dozasını alan və 9 həftə sonra Moderna ilə peyvənd edilən insanların immun reaksiyası daha yaxşı inkişaf edir.

Print Email
FaceBook Twitter Google