Birinci rübdə Azərbaycandan Gürcüstan vasitəsilə beynəlxalq
bazarlara 5 milyard kubmetrdən çox qaz çıxarılıb.
BP neft şirkəti rüblük hesabatında yazıb ki, kəmərə gündəlik
yüklənmə orta hesabla sutkada 56,2 milyon kubmetr təşkil edib.
Yanvar-mart aylarında boru kəmərinin istismar xərcləri təxminən 14
milyon dollar təşkil edib, əsas dəyəri 300 min dollar təşkil
edib.
2021-ci ildə bu kəmərlə 17,7 milyard kubmetr Azərbaycan qazı nəql
olunub.
CQBK 2006-cı ildə istismara verilib və Şahdəniz qazını Azərbaycan,
Gürcüstan və Türkiyəyə tədarük edir. Boru kəmərinin
genişləndirilməsi layihəsindən Türkiyəyə kommersiya qazının
tədarükü 2018-ci ilin iyununda başlayıb. Avropa üçün isə 2020-ci
ilin dekabrında.
Məlumat üçün qeyd edək ki, SCP Co-nun səhmdarları bunlardır: BP
(29,9%), LUKOIL (19,9%), TPAO (19,0%), AzSCP (14,35%), NICO (10,0%)
və SGC Midstream (6,67%).