Google Gürcüstanı Müstəqillik Günü münasibətilə təbrik edir. Mayın
26-da, saat 00:00-da axtarış sisteminin əsas səhifəsinə daxil olan
kimi, üzərində Gürcüstan bayrağının təsviri olan xüsusi “doodle”
peyda olub.
Axtarış sistemi Gürcüstanın bu gün Müstəqillik Gününü qeyd etdiyini
göstərir. “Doodle” istifadəçini Gürcüstanın Müstəqillik Günü ilə
bağlı məlumatların yerləşdirildiyi axtarış sisteminin müvafiq
səhifəsinə yönləndirir.