Senakda piyada gedən ər-arvad bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə dünən, dekabrın 20-də axşam saatlarında, Çavçavadze
küçəsində baş verib.
Qoça və Nona Baqaturia küçədə gedərkən sürətlə hərəkət edən
avtomobil onları vurub. Avtomobil qəzasının görüntülərində yüksək
sürətlə gələn avtomobilin piyadalarla necə toqquşması əks olunub.
Avtomobil qəzasının baş verdiyi Çavçavadze küçəsi şəhərdaxili
küçədir, burada mağazalar, marketlər, yaşayış evləri yerləşir.
Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı Cinayət
Məcəlləsinin yol hərəkəti təhlükəsizliyi və ya istismar qaydalarını
pozma 276-cı maddəsi ilə araşdırma aparılır.